2025-ci il noyabrın 27-də Milli Məclisin deputatı Əli Məsimli növbəti onlayn vətəndaş qəbulu keçirib.
Gununsesi.info xəbər verir ki, görüş zamanı vətəndaşlar əsasən işsizlik, işlə təmin olunma və sosial rifahla bağlı narahatlıqlarını ifadə edib, mövcud problemləri qaldırıblar.
Müraciətlərə münasibət bildirən Əli Məsimli işsizlik və işlə təmin olunma məsələlərinin ölkəmizdə ən aktual və həssas problemlərdən biri olduğunu vurğulayıb.
Deputat qeyd edib ki, bu sahədə qarşıya çıxan çətinliklər daim diqqət mərkəzində saxlanılır və mövcud imkanlar çərçivəsində hər bir müraciət fərdi qaydada qiymətləndirilərək lazımi dəstək göstəriləcək.
Əli Məsimli həmçinin bildirib ki, vətəndaşlarla davamlı ünsiyyətin qurulması, onların problemlərinin dinlənməsi və həllinə nail olunması deputat fəaliyyətinin əsas prioritetlərindəndir.
Şəbnəm












