Ərdoğan: “31 martda demokratiya qalib gəldi” - MİLLƏTLƏ DİRƏŞMƏYƏCƏYİK, ÖZ SƏHVLƏRİMİZƏ BAXACAĞIQ

  • By admin
  • 01 Aprel 2024 01:53

AKP lideri Rəcəb Tayyib Ərdoğan seçki nəticələri ilə bağlı tərəfdarları qarşısında çıxışı edib.

Gununsesi.info-nun xəbərinə görə, Ərdoğan deyib ki, hansı partiyanın qalib olmasından asılı olmayaraq, qazanan Türkiyə olub: “Seçkinin qalibi 85 milyonluq Türkiyədir. 31 martda uğrunda ağır bədəllər verdiyimiz demokratiya qalib gəldi.

Bizim üçün bu 18-ci seçki idi. Qarşıda bizi başqa seçkilər gözləyir. Mən bu yolda sizə güvənirəm. Mən 51 şəhəri gəzdim. Xalqımızla qucaqlaşdım. İndi nəticə belə oldu. Hər işdə bir xeyir var”. 

Ərdoğan deyib ki, 31 mart bizim üçün son deyil: “Bu, əslində bir dönüş nöqtəsidir. Martın 31-də keçirilən yerli özünüidarə seçkilərində türk milləti siyasətçilərə mesajlarını çatdırmaq üçün bir daha seçki qutusundan istifadə etdi. Nəticələrdən asılı olmayaraq, bu seçkinin qalibi ilk növbədə demokratiyamız, milli iradəmizdədir. Siyasi baxışlarından asılı olmayaraq, hamısı 85 milyon insandır. Seçki marafonunda qalib gələn namizədlərdən əvvəl Türkiyə idi, bizim millətimiz idi. Bunun əvəzini ağır ödədiyimiz demokratiyamız idi. Bu gün hər kəs qalib gəlib.

Siyasi partiyasından asılı olmayaraq seçki qutusunda iradəsini əks etdirən bütün vətəndaşlarıma ürəkdən təşəkkürümü bildirirəm. Mən qalib olan bütün bələdiyyə başqanlarını təbrik edirəm”. 

Ərdoğan deyib ki, partiyasının məğlubiyyətinin səbəblərini qarşıdakı dövrdə dəyərləndirəcəklər: “Biz masaməzda bunu müzakirə edəcəyik. Nəyi səhv, nəyi düz etdiyimizi araşdıracağıq. Millətimizin qərarına hörmət edəcəyik. Millətlə dirəşməyəcəyik. Yanlışlarımızı düzəldəcəyik. Sonrakı seçkilərə qədər bunlara ciddi baxacağıq”.  

Pərviz Həşimli

Gununsesi.info