Erməni nazir Bəşər Əsədlə görüşdü

  • By admin
  • 24 Fevral 2023 18:40

Ermənistanın Xarici İşlər Nazirliyinin başçısı Ararat Mirzoyan Suriya Prezidenti Bəşər Əsədlə görüşüb.

Gununsesi.info xarici mətbuata istinadən xəbər verir ki, iki siyasətçi görüş zamanı ölkələrarası platformalarda əməkdaşlığı müzakirə edib.

Suriyaya səfər edən Ararat Mirzoyan paytaxt Dəməşq şəhərində həmkraı Faysal ibn Miqdəd ilə də görüş keçirib. Ermənistan XİN-dən verilən açıqlamada rehional və beynəlxalq məsələlərin masaya yartırıldığı vurğulanıb.

Xatırladaq ki, Suriyada yaşanan zəlzələ zamanı Ermənistan bu ölkəyə insanı yardım etmişdi. Səfər zəlzələ hadisəsindən sonraya təsadüf edib.

Tərcümə: Arzu Sayadoğlu

Gununsesi.info