Ermənilər general Muradovdan şikayətləndi – SÜLHMƏRAMLILARA YENİ RƏHBƏR TƏYİN OLUNDU

  • By admin
  • 13 May 2021 10:30

Rusiyanın Qarabağda yerləşən sülhməramlı kontingentinə yeni komandan təyin olunub.

Gununsesi.info Ermənistan KİV-nə istinadən xəbər verir ki, general-leytenant Rüstəm Muradov yaxın günlərdə bölgəni tərk edəcək. Onun yerinə Rusiyanın Cənub Hərbi Dairəsinin komandan müavini, general-leytenant Aleskey Avdeevin təyin olunması gözlənilir.

Sülhməramlıların yeni rəhbəri bu gün Xankəndiyə gələcək.

Rüstəm Muradovun Ermənistan tərəfinin təkidi ilə əvəzləndiyi bildirilir. Belə ki, Muradov Ermənistan hakimiyyətinin diversabtların qaytarılması ilə bağlı yalan məlkumatına cavab olaraq “Ermənistan hakimiyyəti öz xalqını aldadır”- deyə açıqlama vermişdi.

Gununsesi.info