“Ermənistan müxalifəti Paşinyana ciddi təsir göstərə bilməyəcək” -Deputat

  • Müəllif: Şəbnəm
  • 30 Sentyabr 2025 14:05

“Ermənistan hakimiyyəti 2026-cı il seçkilərində daha çox səs toplamaq hədəfi ilə hərəkət edir. Fikrimcə, Ermənistan parlament sədri və hakim partiyanın digər üzvləri hesab edirlər ki, müxalif qüvvələr indiki şəraitdə Paşinyana ciddi təzyiq göstərə bilməyəcəklər”.

Bu fikirləri Gununsesi.info-ya açıqlamasında Milli Məclisin deputatı Elçin Mirzəbəyli deyib.

Ekspertin qənaətinə görə, indiki mərhələdə Ermənistan cəmiyyətində bəzi mesaj vermə cəhdləri, o cümlədən kilsənin təhsil üçün qrant layihələri kimi təşəbbüsləri yalnız simvolik xarakter daşıyır və hakimiyyətə qarşı ciddi təsir göstərə biləcək qüvvələr mövcud deyil.

O əlavə edib ki, Ermənistan sülh gündəliyinə əməl etdikcə və proses davamlı şəkildə irəli aparıldıqca, Paşinyanın mövqeləri daha da möhkəmlənəcək.

“Geri addım ehtimalı isə azdır, lakin fors-major kimi fövqəladə hallar qarşısında alternativ hərəkətlərin ortaya çıxması ehtimalı da həmişə mövcuddur”-deyə deputat əlavə edib.

 

 

 

Şəbnəm Rəhimova

Gununsesi.info