Ermənistan seçkilərdə səs verən bəzi vətəndaşların ölkəni tərk etməsinə qadağa qoyub

  • By Admin2
  • 11 İyun 2026 12:06

Ermənistan hakimiyyəti parlament seçkiləri zamanı xaricdən gələn hərbçilərin ölkəni tərk etməsinə qadağa qoymağa başlayıb.

Gununsesi.info xəbər verir ki, bu barədə müxalifətdəki “Ermənistan” fraksiyasından olan parlament üzvü Geqam Manukyan özünün Facebook səhifəsində bildirib.

Siyasətçi video müraciətində bildirib ki, “Bu, əxlaqsız, qəbuledilməz və qanunsuz bir hərəkətdir”.

Manukyan xatırladıb ki, Ermənistan qanunvericiliyinə görə, yalnız cinayət törətmiş, istintaq altında olan və ya bu və ya digər səbəbdən məhdudiyyətləri olan vətəndaşların ölkədən çıxışı qadağan edilə bilər. Lakin millət vəkilinin sözlərinə görə, hərbi polisin tələbi ilə bir çox Ermənistan vətəndaşının 25 günlük təlim düşərgələri bəhanəsi ilə ölkədən çıxışı qadağan edilib.

Manukyan vurğulayıb ki, bu cür hərəkətlər qanunsuzdur, çünki qanun çağırışçıların təlim düşərgələri barədə əvvəlcədən məlumatlandırılmasını tələb edir.