Ermənistana 16 vaqon dizel ixrac olundu — FOTOLAR

  • Müəllif: Firuzə
  • 10 May 2026 10:57

Azərbaycandan Ermənistana neft məhsullarının növbəti partiyası ixrac olunub.

Gununsesi.info xəbər verir ki, bu gün Ermənistana 16 vaqon (986 ton) dizel yanacağı göndərilib.

Xatırladaq ki, indiyədək Azərbaycandan Ermənistana 9 min ton dizel, 979 ton Aİ-92 benzini və 2955 ton Aİ-95 benzini ixrac olunub.