Federasiya Şurası Almaniyanı revanşizmdə ittiham etdi

  • By Admin2
  • 04 İyun 2026 15:05

Almaniyanın Avropanın aparıcı hərbi gücünə çevrilmək planları revanşizm qoxusu verir və ölkə qitənin ən təhlükəli dövlətinə çevrilmək riski ilə üzləşir.

Gununsesi.info xəbər verir ki, bunu rusiyalı senator Aleksey Puşkov özünün Telegram kanalında yazıb.

Onun sözlərinə görə, Almaniya son 120 ildə üçüncü dəfə “Avropanın aparıcı hərbi gücünə” çevrilir.

Puşkov qeyd edib ki, əvvəlki iki dəfə bu, həm Avropa, həm də Almaniya üçün dünya müharibələrinə və fəlakətlərə səbəb olub və indi insanda elə hiss yaranır ki, kansler Mehr Kayzer Vilhelm və Hitlerin təcrübəsini təkrarlamaq qərarına gəlib”.

Puşkov yazıb: “Almaniyanın yeni hərbi doktrinası  və İkinci Dünya Müharibəsindən bəri ilk doktrinası – “Avropaya qarşı məsuliyyət” adlanır. Adının özü də revanşizm qoxusu verir. Axı Hitler təxminən eyni terminlərlə əsaslandıraraq Almaniyanın missiyasının Avropanı bolşevizmdən xilas etmək olduğunu iddia edirdi. İndi isə Merzin məntiqinə görə, Almaniya Avropanı Rusiyadan xilas etmək üçün məsuliyyət daşıyır.

Maqsud

Gununsesi.info