FHN-nin xilasediciləri zəlzələ bölgəsindədir

  • By admin
  • 07 Fevral 2023 09:29

Türkiyədə baş vermiş zəlzələ ilə bağlı qardaş ölkəyə köməyə yollanmış Azərbaycanın Fövqəladə Hallar Nazirliyinin (FHN) bir qrup əməkdaşı Kahramanmaraş şəhərinə çatıb.

Gununsesi.info xəbər verir ki, Adananın Şakir Paşa Hava Limanından yola düşən Azərbaycanın xilasediciləri bu gün Kahramanmaraşa gəliblər.

FHN əməkdaşları zəlzələnin nəticələrini aradan qaldırmaq üçün hazırda hadisə yerindədirlər.

Qeyd edək ki, Azərbaycan Prezidenti İlham Əliyevin tapşırığına uyğun olaraq, Türkiyədə baş vermiş güclü zəlzələnin fəsadlarının aradan qaldırılması və axtarış-xilasetmə əməliyyatlarına dəstək məqsədilə FHN-in 420 nəfər şəxsi heyəti qardaş ölkəyə göndərilib.

Gununsesi.info