Fransa koronavirusla bağlı qadağaları sərtləşdirdi

  • By admin
  • 02 Yanvar 2021 11:16

Fransada koronavirusla bağlı məhdudiyyətlər sərtləşdirilib.

Bu barədə “RİA Novosti” məlumat yayıb.

Qərara əsasən, yanvarın 2-dən etibarən ölkənin 15 departamentində komendant saatının başlanma vaxtı 20:00-dan 18:00-a çəkilib.

Sözügedən qərar həmin departamentlərdəki koronavirusa yüksək yoluxma statistikası ilə əlaqədar qəbul edilib.

Gununsesi.org