Azərbaycanda Futbolun inkşaf etməməyinə, futbola ən böyük zərbəni vuran qurum AFFA’dır.
Gununsesi.info xəbər verir ki, bu sözləri açıqlamasında ictimai fəal Haldun Novruzzadə bildirib.
O qeyd edib ki, AFFA açıq-aşkar satılmış hakimlərin əli ilə son vaxtlar bir damcı dirçəlməyə çalışan Azərbaycan futbolunun belini qırır. Zirə ilə oyunda Turan Tovuza qarşı edilən hakim haqsızlığından sonra ən önəmli oyunda, Neftçi-Zirə oyununun 90+4 dəqiqəsində bütün dünyanın offside dediyi oyunda hakimin, “Var”a belə baxmadan Zirənin vurduğu topu qol sayması və Neftçinin Avrokuboklara vəsiqə qazanmasını əngəlləməsi Azərbaycan futbolunun rüşvət, tapşırıq içində boğulmağının bir nümunəsidir. Və bundan şikayət verirsən, sadəcə hakimə cəza verirlər.
O, eyni zamanda bildirib:
“Mən hələ Neftçi azarkeşi olmaya-olmaya bu haqsızlığa ürəyim partlayır. Dünən Neftçi azarkeşi dostum dedi ki, bu oyundan sonra Neftçinin idarə heyətinin üzvlərindən biri əsəbdən infarkt keçirdib və hal-hazırda reanimasiyadadır. AFFA’nın bu tərəfkeş idarəciliyindən sonra oyanmaq istəyən Azərbaycan futbolu, Region futbolu bununla da yenə yuxuya gedəcək”.
Maqsud









