Futbolçularımız Azad Rəhimovu yad edəcək

  • By admin
  • 01 May 2021 10:36

Futbol üzrə Azərbaycan çempionatının oyunları 1 dəqiqəlik sükutla başlayacaq.

Gununsesi.info xəbər verir ki, bununla bağlı Peşəkar Futbol Liqası məlumat yayıb.

Bildirilib ki, Gənclər və İdman naziri Azad Rəhimovun vəfatı ilə əlaqədar olaraq, Peşəkar Futbol Liqası Premyer Liqa və I Divizion yarışlarının müvafiq olaraq 25 və 24-cü turlarının 1 dəqiqəlik sükutla başlanmasını qərara alıb.