Gəncədə parka gedənlər şoka düşdü – Ağacdan asılmış meyit tapıldı

  • By admin
  • 06 May 2021 13:57

Gəncə sakini şəhər ərazisindəki parklardan birində özünü asıb.

Gunusesi.info-nun bölgə müxbirinin verdiyi məlumata əsasən 1984 cü il təvəllüdlü Vəliyev Asəf Rasim oğlunun park ərazisində ağacdan asılmış vəziyyətdə tapılıb.

Mərhumun meyidi ərazidə işləyən parkın əməkdaşları görüb. Hadisə yerinə Gəncə şəhər Baş Polis İdarəsinin və Gəncə şəhər Prokurorluq orqanının əməkdaşları cəlb olunub.

Faktla bağlı araşdırma başlanılıb.

Gunusesi.info