Gəncədə maşın kişini vurub öldürdü

  • By Günel
  • 16 Yanvar 2025 19:35

Gəncədə avtomobil piyadanı vurub.

Gununsesi.info Lent.az-a istinadən xəbər verir ki, hadisə Xətai prospektində baş verib.

36 yaşlı Ağasif Mədət oğlu Mehtiyev idarə etdiyi “Mercedes-Benz” markalı avtomobillə 45 yaşlı Ruslan Fizuli oğlu Məmmədovu vurub. Yaralı aldığı xəsarətlərdən xəstəxanada ölüb.

Faktla bağlı cinayət işi başlanaraq, istintaq aparılır.

Gununsesi.info