Gürcüstan hökuməti geri çəkildi: - "Biz Avropaya inteqrasiya prosesini dayandırmırıq"

  • By Günel
  • 01 Dekabr 2024 15:07

Gürcüstanda baş verən kütləvi xalq etirazları bu ölkənin hökumətini geri addım atmağa vadar edib. Belə ki, bir neçə gün əvvəl Avropa İttifaqına üzvlük üçün danışıqları dayandırdığını bəyan edən baş nazir İrakli Kobaxidze bu gün fərqli bəyanat verib.

Gununsesi.info xəbər verir ki, Gürcüstanın baş naziri İrakli Kobaxidze deyib:

“Mən Avropa İttifaqının səfirinə xatırlatmaq istəyirəm – üzvlük danışıqlarına başlanılmasını masaya qoyun və mən onu bu gün imzalayım. Biz Avropaya inteqrasiya prosesini dayandırmırıq. Gürcüstanın 2030-cu ildə Avropa İttifaqına daxil olmasını təmin etmək üçün səylərimizi gücləndiririk”.

Gununsesi.info