“Himayədar ailə” modelinin tətbiqinə başlanılır

  • By admin
  • 13 May 2022 12:47

“Himayədar ailə” modelinin tətbiqi istiqamətində normativ hüquqi bazaların yaradılması, qurumlar arasında razılaşdırılması və təsdiq edilməsi istiqamətində işlərə başlanılıb.

Gununsesi.info xəbər verir ki, bu haqda Sosial Xidmətlər Agentliyinin Övladlığagötürmə departamentinin müdiri Cavid Şahmalıyev danışıb.

Normativ hüquqi bazaya uyğun idarəetmənin qurulması üçün elektron altsistemin hazırlanması prosesi gedir və prosesin icrası üçün işçi heyət hazırlanır”, – deyə departament müdiri bildirib.

Gununsesi.info