Hüseyn Həsənov qiyabi olaraq 4 il müddətinə azadlıqdan məhrum edilib

  • Müəllif: Orxan
  • 04 Avqust 2026 14:48

Telegram kanalı 112-nin məlumatına görə, Moskvanın Presnenski Rayon Məhkəməsi bloger Hüseyn Həsənovu dörd il müddətinə azadlıqdan məhrum edib.

Gununsesi.inf0 xarici mediaya istinadən xəbər verir ki, Həsənov çirkli pulların yuyulmasında təqsirli bilinib.

Məhkəmə onun Presnenski rayonundakı 46 milyon rubl dəyərində qeyri-yaşayış əmlakının dövlət xeyrinə müsadirə edilməsi barədə qərar verib.

İş materiallarına görə, Həsənov 2019-2021-ci illər arasında 175 milyon rubl vergini az ödəyib. O, pulun bir hissəsini daşınmaz əmlaka yatırmaqla yuyub. Lakin blogger sonradan Federal Vergi Xidmətinə olan borcunu ödəyib və ona qarşı vergidən yayınma ittihamları ləğv edilib. Həsənovun hazırda BƏƏ-də yaşadığı güman edilir.

Həsənov özü çirkli pulların yuyulması işində özünü günahkar hesab etmədiyini bildirib. Vəkili Mixail Yusupovun sözlərinə görə, blogger büdcəyə təxminən 300 milyon rubl ödəyərək dövlətə vergi borcunu çoxdan ödəyib.