Tramp administrasiyasına qarşı 2 ayda 150-dən çox iddia qaldırılıb

  • By Günel
  • 24 Mart 2025 08:52

Donald Trampın prezidentlik müddətinin cəmi iki ayı keçdikdən sonra Amerika lideri artıq onun siyasi qərarlarını mübahisələndirən 150-dən çox iddia ilə mübarizə aparır.

Gununsesi.info xəbər verir ki, bu barədə “Bloomberg” agentliyi məlumat yayıb.

“ABŞ-nin bütün ərazisində hakimlər tez-tez administrasiya əleyhinə qərarlar çıxarır və bəzi hallarda prezidentin konqresin təsdiqi olmadan hərəkət edərək səlahiyyətlərini aşa biləcəyini bildirirlər”, – nəşrin materialında deyilib.

Eyni zamanda, iddiaların böyük hissəsi miqrasiya siyasətinin sərtləşdirilməsi ilə bağlıdır. Həmçinin məhkəmələrdə dövlət qulluqçularının kütləvi işdən çıxarılması tez-tez mübahisələndirilir.

Tramp administrasiyası getdikcə daha çox məhkəmə əmrlərinə tabe olmamaqda və qanuna lazımi qaydada riayət etməməkdə ittiham olunur.

Gununsesi.info