
Sabah İslandiyanın paytaxtı Reykyavik şəhərində Avropa Şurasına (AŞ) üzv ölkələrin dövlət və hökumət başçılarının Demokratiya Sammiti keçiriləcək.
Gununsesi.info -nun İslandiyaya ezam olunan müxbirinin verdiyi xəbərə görə, artıq sammitə hazırlıq tədbirləri başa çatıb. Belə ki, Avropa Şurasına üzv olan 46 ölkənin dövlət və hökumət başçılarının gəlişi ilə bağlı şəhərdə həm təhlükəsizlik tədbirləri görülməklə yanaşı, bütün təşkilatı işlər başa çatıb.
Azərbaycanın bu tədbirdə iştirakı ilə bağlı məlumat təsdiqini tapmayıb.
Gununsesi.info -nun əldə etdiyi məlumata görə, İlham Əliyevi bu toplantıda Ceyhun Bayramov əvəz edəcək.