İlham Əliyev Slovakiya Baş nazirinə təşəkkür etdi

  • Müəllif: Firuzə
  • 10 May 2026 11:17

Prezident İlham Əliyev Slovakiyanın Baş naziri Robert Fitsoya təşəkkür edib.

Gununsesi.info  xəbər verir ki, Azərbaycan Prezidenti bu barədə X-da paylaşım edib:

“Əziz Robert, Azərbaycan haqqında doğru və dəyərli sözləriniz üçün təşəkkür edirəm. Tərəfdaşlığımızı yüksək qiymətləndirirəm, Slovakiyaya səfərim zamanı qonaqpərvərliyinizə görə bir daha təşəkkür edirəm və tezliklə sizi Bakıda görməyi səbirsizliklə gözləyirəm”, – deyə dövlət başçısı qeyd edib.

 

Gununsesi.info