IMF Gürcüstana daha 114 milyon dollar yardım ayıracaq

  • By admin
  • 17 Dekabr 2020 13:11

Beynəlxalq Valyuta Fondu (IMF) Gürcüstana əlavə olaraq 113,7 milyon ABŞ dolları məbləğində maliyyə yardımının ayrılmasını təsdiqləyib.

Gununsesi.org xəbər verir ki, bu barədə ölkənin iqtisadiyyat və dayanıqlı inkişaf naziri səlahiyyətlərini icra edən Natia Turnava bildirib.

O, IMF-nin Gürcüstanın ənənəvi və etibarlı tərəfdaşı olduğunu deyib.

N.Turnava qeyd edib ki, gələn il Gürcüstan iqtisadiyyatının bərpası ili olacaq və ən azı 4,3% iqtisadi artım gözlənilir.