İngiltərə kralı xəstəxanaya yerləşdirildi

  • By Günel
  • 28 Mart 2025 08:28

Xərçəng xəstəliyindən müalicə alan İngiltərə kralı III Çarlz xəstəxanaya yerləşdirilib.

Gununsesi.info xəbər verir ki, bu barədə “The Guardian” məlumat yayıb.

Onun müalicə yan təsirlər yaradıb və bu səbəbdən kralın vəziyyəti ağırlaşıb.

Yaxın vaxtlarda keçirilməsi planlaşdırılan bütün görüşlərin təxirə salındığı iddia edilir.

76 yaşlı monarx bir ildən artıqdır ki, xərçəng xəstəliyindən müalicə alsa da, dövlət vəzifələrini yerinə yetirməkdə davam edirdi.

Gununsesi.info