İnsanlardan bezmişəm -NURA SURİDƏN GİLEYLİ PAYLAŞIM

  • By admin
  • 29 İyun 2021 10:10

Bu həyatda dözə bilmədiyim yalnız haqsızlıqdır. Özümə qarşı o qədər haqsızlıq görmüşəm ki, artıq təəcüblənmirəm. Nə qədər yalan, böhtan, şər , qeybət görmüşəm, eşitmişəm özümə qarşı… – sayı-hesabı yoxdur. Çoxu da yaxşılığım keçən insanlar olub.

Düşünmüşəm ki, həyat güzgüdür: bir gün cavabların alacaqlar. Baxıram ki, yox, elə rahat yaşamağa davam edirlər.

Ətrafımda yaxşı insanlar da az deyil. Nə yaxşı ki, hələ onlar var.
Amma buna baxmayaraq insanlardan bezmişəm.

Müğənni Nura Suri sosial şəbəkə hesabında giley dolu qeydlər yazıb.

Gununsesi.info həmin qeydləri təqdim edir:

Təbiətə, heyvanlara, insanlara qarşı çox rahat şəkildə əclaflıq, haqsızlıq edirlər. Hardadır bu dünyanın ədaləti? Çalışıram ki, heç kəsin dərdini ürəyimə salmayım, özüm üçün yaşayım, lakin alınmır.

Hər şey get-gedə mənasın itirir. Hamı robotlaşır, elə mən də. Hissiyatsız, fake (saxta) insanların arasında özümüz də itirik. Bir çürük meyvəni başqa meyvələrin arasına qoysanız, hamısı çürüməyə başlayır. İnsanlar da elədir. Necə qoruyaq özümüzü? Bilmirəm”.

Gununsesi.info