İran televiziyasının jurnalisti ABŞ-a sığındı

İran televiziyasının jurnalisti Kamran Nəcəfzadə Amerika Birləşmiş Ştatlarına sığınıb.

Gununsesi.info xəbər verir ki, o, bu barədə sosial media hesabında etdiyi paylaşımda yazıb.

Nəcəfzadə bundan öncə Amerikada yoxsulluq və korrupsiyanın hakim olduğu barədə çoxsaylı reportajlar hazırlayıb.

Onun “bədbəxt” adlandırdığı Amerikaya sığınması sosial media istifadəçiləri tərəfindən geniş müzakirə edilir.

 

Şəbnəm

Gununsesi.info