İranda neft kimya zavodunda partlayış və yanğın baş verib

  • By admin
  • 23 Oktyabr 2020 19:35

İranın Xuzistan vilayətində İmam Xomeyni limanında yerləşən neft kimya zavodunda partlayış və yanğın baş verib. 

Gununsesi.info-nun APA-ya istinadən məlumatına görə, partlayış və yanğın günün ikinci yarısında zavodun Aromatik bölməsində baş verib.

Yanğını söndürmək üçün çox sayda yanğınsöndürən hadisə yerinə cəlb olunub.

Yanğında zərərçəkən olmayıb.

 

 

Gununsesi.info