İranda şiə ziyarətgahına hücumu İŞİD üzərinə götürdü

  • By admin
  • 27 Oktyabr 2022 12:00

İran rəsmiləri Şiraz şəhərində Şah Çərəq ziyarətgahına edilən hücumda 15 nəfərin öldüyünü, onlarla insanın yaralandığını açıqlayıb.

Gununsesi.info İran mediasına istinadən bildirir ki, hadisə ilə bağlı iki nəfərin saxlanılıb, bir nəfər isə hadisə yerindən qaçıb.

HTML tutorial

Fars dövlət rəsmiləri isə mediaya hücum edənin yeganə şəxs olduğunu bildiriblər.

İran Milli Təhlükəsizlik Şurasına yaxınlığı ilə tanınan yarı-rəsmi “Noor News” xəbər saytı “terror hücumu” həyata keçirən silahlıların İran vətəndaşları olmadığını bildirib.

İŞİD isə hadisədən sonra sosial mediada yayımladığı yazılı açıqlama ilə hücuma görə məsuliyyəti öz üzərinə götürdüyünü bəyan edib.

İran prezidenti İbrahim Rəisi “Hücum, şübhəsiz ki, cavabsız qalmayacaq” deyib.

Tərcümə: Mətləb

Gununsesi.info