Aydın məsələdir ki, bəzən özəl müəssisələrin ləğvinin şahidi olmaq olur.
Bu da əlavə problemlərə yol aça bilir.
Maraqlıdır, müəssisənin ləğvi zamanı işçilərə hansı ödənişlər edilir?
Bu barədə Gununsesi.info-ya hüquqşünas Uğur Əliyev danışıb.
O bildirib ki, müəssisənin ləğvi zamanı işçilərə əmək haqqının ödənilməmiş hissəsi, istifadə edilməmiş məzuniyyət günləri üçün kompensasiya, işdən çıxma müavinəti (əgərəmək qanunlarında və ya əmək müqaviləsində nəzərdə tutulubsa) və s. kimi digər qanunla nəzərdə tutulan ödənişlər ödənilməlidir.
O, eyni zamanda bildirib:
“Ödənişlərin məbləği və qaydası əmək qanunlarına və əmək müqaviləsinə əsasən müəyyən edilir. İşçilərin hüquqlarının qorunması üçün ləğvetmə prosesi qanuna uyğun aparılmalıdır. Bəzən bunun şahidi olmasaq da, qanunla bu cür tənzimlənməlidir”.
Orxan












