
İsrail ordusunun Qəzzanın cənubundakı Xan Yunisə hücumu nəticəsində 10 fələstinli həlak olub. İsrail atəşkəsi pozandan bəri 1864 fələstinlini öldürüb.
Gununsesi.info xarici mediaya istinadən xəbər verir ki, İsrail ordusu atəşkəsi pozduqdan, mart ayında hücumlarını bərpa etdikdən sonra Qəzza zolağının Xan Yunis bölgəsinə təşkil etdiyi hücumlarda 10 fələstinlini öldürüb .
Yerli mənbələrdən alınan məlumata görə, İsrail ordusu Qəzzanın cənubundakı Xan Yunisin bir neçə bölgəsinə hücum edib. Xəstəxana mənbələri İsrailin Xan Yunis şəhərinin cənubundakı Minara məhəlləsində mülki əhalinin yaşadığı ərazini hədəf alması nəticəsində iki fələstinlinin həyatını itirdiyini bildirib.