İvanişvili baş nazir olmaq istəmir

Xəbər verdiyimiz kimi, bu gün gürcü milyarder Bidzina İvanişvili siyasətə qayıdıb. “Gürcü Arzusu”nun yaradıcısı hakim partiyanın siyasi şurasının yeni sədri seçilib.

 

Gununsesi.info-nun məlumatına görə, qurultayın sonunda jurnalistlərin suallarına cavablandıran milyarder baş nazir postuna namizəd olmayacağını bildirib.

 

İvanişvili bildirib ki, bu məsələyə baxılmır.

 

“Yeni vəzifəmlə əlaqədar olaraq, mən partiyanın idarəçiliyinə qarışmayacağam və yalnız məsləhətçi olacağam”, – İvanişvili qeyd edib.

 

 

Gununsesi.info