Jan-İv Le Drian və Annalena Burbok Ukraynaya səfər edəcəklər

  • By admin
  • 29 Yanvar 2022 17:31

Fransanın xarici işlər naziri Jan-İv Le Drian fevralın 7-8-də almaniyalı həmkarı Annalena Burbokla birgə Ukraynada səfərdə olacaq.

Gununsesi.info TASS-a istinadən xəbər verir ki, bu barədə fransalı nazir tviter hesabında yazıb.

Qeyd edək ki, Le Drian yaxın vaxtlarda Ukraynaya səfər etmək niyyətində olduğunu Aİ xarici işlər nazirlərinin yanvarın ortalarında Fransanın Brest şəhərində keçirilən qeyri-rəsmi görüşündən sonra açıqlayıb.

 

Gununsesi.info