Jurnalisti ölümlə təhdid edirlər -FOTOLAR

  • By admin
  • 27 Noyabr 2022 18:10

Azərbaycanın internet televiziyalarından biri olan “Bumeranq” tv-nin rəhbəri Elçin Rəhimzadə ölümlə təhdid edilib.

Gununsesi.info xəbər verir ki, bu barədə jurnalistin özü sosial şəbəkədə məlumat  yayıb.

O, bildirib ki, “mesencer” vasitəsi ilə ona səs atan şəxs yazılması mümkün olmayan ifadələrlə onu təhqir edərək, ölümlə təhdid edib.

“Bir az öncə Xalid Mikayılov adlı  şəxs tərəfindən ölümlə hədələnmişəm. Bu profilin sahibi mənə messengerdə səs göndərərək təhdid edib.

Təhqiredici ifadələrdən sonra “YouTube-da danışdıqlarına baxıram. Harada qabağıma çıxsan sənin  öldürəcəm. Eləməsəm kişi deyiləm.O sözləri danışdığın ağzına güllə atmasam məndən oğraş adam yoxdur  olsun” deyəndən  sonra səs yazısını sildi.

Daxili İşlər Nazirliyi,  Dövlət Təhlükəsizliyi Xidmətinə səslənən jurnalist faktın araşdırılmasını tələb edib.

Afət

Gununsesi.info