“Kərim Vəliyev Vətən müharibəsində mərdlik göstərdi” – Hərbi ekspert

Xəbər verdiyimiz kimi, bu gün general-leytenant Vəliyev Kərim Tofiq oğlu Azərbaycan Respublikası müdafiə nazirinin müavini – Şəxsi Heyət Baş İdarəsinin rəisi vəzifəsindən azad edilərək, Azərbaycan Respublikası müdafiə nazirinin birinci müavini – Azərbaycan Ordusunun Baş Qərargah rəisi təyin edilib. Prezident İlham Əliyev bununla bağlı sərəncam imzalayıb.

Kərim Vəliyevin Baş Qərargah rəisi təyin olunması sosial şəbəkələrdə müsbət qarşılanıb. Çoxsaylı şərhlərdə onun bu posta layiq olduğu xüsusilə vurğulanır.

HTML tutorial

Gununsesi.info xəbər verir ki, Hərbi ekspert Ədalət Verdiyev Modern.az-a bildirib ki, dövlət başçısınının Kərim Vəliyevlə bağlı sərəncamı Azərbaycan xalqı tərəfindən müsbət qarşılanacaq:

“Kərim Vəliyev hamımızın tanıdığı, çox savadlı və təcrübəli generallarımızdan biridir. Onun bu vəzifəyə təyin olunmasının keçmiş hərbçilər və indi xidmət edən kontingent tərəfindən də müsbət qarşılanacağı şübhəsizdir. Həm Birinci Qarabağ, həm də İkinci Qarabağ döyüşlərində mərdlik göstərdi. O, Azərbaycan generalına xas olan bütün xüsusiyyətləri özündə cəmləşdirib. Azərbaycan xalqına və ordusuna xeyirli olsun!

Qeyd edək ki, Vətən müharibəsində iştirak edən general-leytenant Kərim Vəliyev “Zəfər” ordeni, Ağdamın, Qubadlının və Cəbrayılın azad olunmasına görə medalları ilə təltif edilib.

Yeni Baş Qərargah rəisi Kərim Vəliyevin dosyesi ilə BURADAN tanış ola bilərsiniz.

Gununsesi.info