“Çelsi” ilə oyunda zədələnən “Qarabağ”ın yarımmüdafiəçisi Kadi Borgesin durumuna aydınlıq gəlib.
Gununsesi.info xəbər verir ki, yarımmüdafiəçi oyundan dərhal sonra müayinədən keçib.
Həkimlərin ilkin proqnozuna görə, Kadi Borgesin müalicə və bərpa prosesi təxminən 8–10 həftə davam edəcək.













