
Kanadanın yeni baş naziri Mark Karni ABŞ prezidenti Donald Trampın Kanadanın suverenliyini və iqtisadiyyatını hədəf aldığı bir vaxtda Aİ ölkələrindən dəstək istəyib.
Gununsesi.info xarici mediaya istinadən xəbər verir ki, Kanadanın yeni Baş naziri Mark Karni ABŞ ilə artan gərginlik fonunda Avropanı gəzərək dəstək axtarır.
Karni Avropaya səfəri zamanı ilk olaraq Fransa lideri Emmanuel Makronla görüşüb.
Carney Kanadanın ABŞ-dan əsaslı şəkildə fərqli bir ölkə olduğunu vurğulayaraq, “Kanada heç vaxt, heç bir şəkildə, heç bir halda ABŞ-ın bir hissəsi olmayacaq” deyib.
Qeyd edək ki, Tramp Kanadadan idxal edilən polad və alüminiuma rüsumlar tətbiq edib və Kanadanı ABŞ-ın 51-ci ştatı etmək ideyasını irəli sürüb.
Orxan