ABŞ-da İordaniyadakı bazaya hücum zamanı Amerika hərbçilərinin həlak olmasına cavab olaraq Konqresdəki Respublikaçılar Partiyasının nümayəndələrindən İrana zərbə endirilməsi çağırışları eşidilməyə başlayıb.
Gununsesi.info xəbər verir ki, bu barədə “Politico” məlumat yayıb.
Missisipi senatoru Rocer Uiker bildirib ki, “Amerika hərbçilərinin faciəvi şəkildə həyatını itirdiyi və onlarla insanın yaralanmasına səbəb olan hücumlara cavab olaraq məqsəd və qətiyyətlə hərəkət etməyin vaxtıdır”.
Cənubi Karolina senatoru Lindsey Graham hesab edir ki, Birləşmiş Ştatlar İran daxilindəki mühüm hədəfləri “təkcə hərbçilərimizin öldürülməsinə cavab olaraq deyil, həm də gələcək təcavüzə qarşı çəkindirici vasitə kimi” vurmalıdır.
Arkanzas senatoru Tom Kotton oxşar bəyanatla çıxış edib: “Bu hücumlara yeganə cavab həm İranda, həm də bütün Yaxın Şərqdə İran terror qüvvələrinə qarşı sarsıdıcı hərbi qisas olmalıdır”.
Nümayəndələr Palatasının spikeri Mayk Conson deyib: “Amerika dünyaya aydın mesaj göndərməlidir ki, biz öz qoşunlarımıza qarşı hücumlara dözməyəcəyik”.
Nümayəndələr Palatasının Silahlı Qüvvələr Komitəsinin sədri Mayk Rocers deyib: “Prezident Baydenin nəhayət, terrorçu İran rejimini və onun ekstremist vəkillərini ABŞ və koalisiya qüvvələrinə qarşı həyata keçirdikləri hücumlara görə cavabdehlik tələb etməsinin vaxtı çoxdan çatıb”.
Nəşrin mənbəsi bildirib ki, Nümayəndələr Palatasının Kəşfiyyat Komitəsi İordaniyadakı vəziyyətlə bağlı brifinq tələb edib.
Bazar günü İordaniyanın şimal-şərqində Suriya sərhədi yaxınlığında yerləşən Amerika qüvvələrinə pilotsuz təyyarənin hücumu zamanı 3 amerikalı hərbçinin həlak olduğu və onlarla insanın yaralandığı bildirilib.
ABŞ KİV-in məlumatına görə, ABŞ prezidenti Co Bayden administrasiyası hazırda İordaniyada ABŞ qüvvələrinə üç hərbçinin ölümü ilə nəticələnən hücuma cavab vermək üçün mümkün variantları nəzərdən keçirir.
Pentaqon rəhbəri Lloyd Ostin, İordaniyadakı Amerika bazasına 3 hərbçinin ölümü ilə edilən hücumu şərh edərkən, bu hücumun cavabsız qalmayacağını vurğulayıb.
Gununsesi.info