Lənkəranda kişi arvadını, sonra özünü ov tüfəngi ilə öldürdü

  • Müəllif: Firuzə
  • 21 Fevral 2026 23:23

Lənkəran rayonunda iki nəfərin ölümü ilə nəticələnən hadisə qeydə alınıb.

Gununsesi.info APA-ya istinadən xəbər verir ki, hadisə axşam saatlarında rayonun Kərgəlan kəndində baş verib.

1956-cı il təvəllüdlü Sərhad Məmmədov ov tüfəngi ilə həyat yoldaşı, 1965-ci il təvəllüdlü Balaqız Məmmədovanı öldürüb.

Məlumata görə, Sərhad Məmmədov daha sonra həmin silahla özünü güllələyərək öldürüb.

Faktla bağlı araşdırma aparılır.

Gununsesi.info