Lavrov Paşinyana “yolunuzu azmayın” mesajı göndərdi

  • By admin
  • 23 May 2022 20:05

Kreml Nikol Paşinyana bircə gün də nəfəs dərməyə imkan vermədi, baş nazir Brüsseldən qayıdan kimi Rusiyanın xarici işlər naziri Sergey Lavrov erməni həmkarı Ararat Mirzoyana zəng edib. Rəsmi məlumatlarda iki nazirin Azərbaycanla Ermənistan arasında sərhədlərin delimitasiyası, iqtisadi əlaqələrin qurulması və regionda kommunikasiyaların açılması məsələləri müzakirə edildiyi bildirilib. Əslində isə Lavrov Mirzoyandan Paşinyanın Brüssel görüşünün hesabatını istəyib, növbəti dəfə “yolunuzu azmayın” mesajını çatdırıb. Lavrov azərbaycanlı həmkarı Ceyhun Bayramova da zəng edib.

Elxan Şahinoğlu

Gununsesi.info