Londonda müxalif aparıcı bıçaqlandı

Londonda yerləşən İran televiziya kanalının aparıcısı evinin qarşısında bıçaqlanıb.

 

Gununsesi.info xarici mediaya istinadən xəbər verir ki, iki il əvvəl İranda hökumət əleyhinə nümayişləri geniş şəkildə yayımlayan İran Beynəlxalq kanalının 36 yaşlı aparıcısı Poruia Zeraati bir qrup şəxs tərəfindən hücuma məruz qalıb.

 

London Metropolitan Polis İdarəsi hadisənin terrorla mübarizə polisi tərəfindən araşdırıldığını açıqlayıb və xəstəxanaya yerləşdirilən Zeraatinin vəziyyətinin yaxşı olduğunu açıqlayıb.

 

Qeyd edək ki, “İran İnternational”  təxminən 18 ay əvvəl İranda baş verən etirazları işıqlandıran əsas kanallardan birinə çevrilmişdir.

2022-ci il noyabr ayında isə polis kanalın iki əməkdaşına həyatlarının təhlükə altında ola biləcəyi barədə xəbərdarlıq etmişdir.

 

 

Şəbnəm

Gununsesi.info