Məscidül-Həramda qadın hərbi qulluqçular xidmət edəcək – VİDEO

  • By admin
  • 22 Aprel 2021 15:31

Səudiyyə Ərəbistanında Məscidül-Həramda ziyarətçilərin təhlükəsizliyini təmin etmək üçün digər təhlükəsizlik qüvvələri ilə birlikdə 80 qadın əsgər cəlb olunub.

Bu barədə “Haber Global” xəbər yayıb.

Məlumata görə, təhlükəsizlik qüvvələrinin qadın əməkdaşları hərbi təlimlərdən keçiblər.

Onların vəzifəsi qadın zəvvarlara yardım etmək və izdihamı yönləndirməkdir.

Gununsesi.info