Məşhur ictimai xadimin 50 yaşı olur - VİDEO

  • By admin
  • 28 Mart 2021 20:05

Humanitar Tədqiqatlar İctimai Birliyinin sədri Əvəz Həsənovun 50 yaşı tamam olur.

QHT.az olaraq, həmkarımızı yubileyi münasibəti ilə təbrik edir, gələcək fəaliyyətində uğurlar arzu edirik.

Əvəz Yediyar oğlu Həsənov 1971-ci il martın 28-də anadan olmuşdur. 1990-cı ildə Azərbaycan Dövlət İncəsənət İnstitutunun mədəni-maarif işinin təşkilatçı metodisti fakultəsini bitirmişdir. Elmin İnkişafı Akademiyasının (AED) və USAID təşkilatının təşkil etdiyi Demokratiyanın İnknişafı proqramında iştirak etmişdir (ABŞ-1996). Merlind və Boltimor Universitetlərində insan hüquqları ilə bağlı kurs kecmiş və sertifikat almışdır. Onlarla beynəlxalq səviyyəli təlimlərdə iştirak etmişdir.
1991-ci ildən 1998-ci ilədək Azərbacan Sosial Demokrat Partiyası üzvü, partiyanın Mərkəzi Komitəsinin üzvü olmuşdur. Siyasi fəaliyyəti dövründə «Təkamül» adlı bülleten və qəzet redaktoru olmuşdur.
1993-cü ildən Azərbaycan İnsan Hüquqları Müdafiə Mərkəzi təsicilərindən bir və üzvüdür. 1995-ci ildən 2003-cü ilədək direktor müavini işləmişdir.
1995-ci ildə Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi Gənclərin Sosial problemləri şöbəsində mütəxəssis işləmişdir. «Azərbaycan Respublikası Gənclər siyasəti» konsepsiyasının hazırlanmasında iştirak etmişdir.
1996-cı ildə HAYAT Humanitar Təşkilatı miqrasiya problemləri ilə məşğul olan Qeyri-Hökumət Təşkilatları ücün Resurs Mərkəzinin koordinatoru olmuşdur.
Azərbaycan Respublikası Miqrasiya Potensiallarının yaradılması komissiyasının ilkin işçi qrupunda Qeyri-hökumət təşkilatlarının təmsilçisi kimi iştirak etmişdir. Onun qrupun tərkibində fəaliyyət göstərdiyi müddətdə Azərbaycanın Miqrasiya siyasəti sənədi hazırlanaraq ölkə başçısına təqdim olunmuşdur.
1997-ci ildən Humanitar Tədqiqatlar Ictimai Birliyi (Humanitar T’dqiqatlar Cəmiyyəti) təsiscisi və direktorudur. Rəhbərlik etdiyi təşkilat eyni zamada «Azərbaycanda insan hüquqları» jurnalı — internet portalının təsisçisidir ki. 2003-cü ildən fəaliyyətə başladığı gündən o, jurnalın redaktorudur.
2000-ci ildən Almaniyada yerləşən İtkin düşmüş şəxslərin, əsir və girovların azad olunması üzrə Beynəlxalq işci qrupun Azərbayçandakı nümayəndəsidir. Dəfələrlə Ermənistana və Dağlıq Qarabağa səfərlər etmiş və insanların taleyinin müəyyən olunması istiqamətində axtarışların aparılmasında iştirak etmişdir. Eyni zamanda Dağlıq Qarabağ münaqişəsi həlli istiqamətində ən fəal proqramların icraçısıdır.
«Bələdiyyə üzvlüyünə namizəd öz seçki kampaniyasını necə təşkil etməlidir», «Azərbaycanda sığınacaq axtaran xaricilər üçün məlumat», «Seçkiqabağı kampaniya üçün soraq kitabçası», «Azərbaycan-ingilis-rus dillərində seçki terminləri lüğəti» və «QHT-lər üçün məlumat kitabçası», «Dağlıq Qarabağ müzakirə olunur» kitablarının müəllifidir. «Dağlıq Qarabağ: Cəmiyyətlə məsləhət» sənədli filminin ssenari müəllifi və rejissorudur. DQ münaqişəsi ilə bağlı müəllifi olduğu kitab və film müxtəlif dillərə tərcümə olunaraq bir neçə ölkədə təqdim olunmuşdur.
1996-cı ildən Beynəlxalq Aministiya Beynəlxalq Əfv təşkilatının fərdi üzvüdür. Azərbaycan Avropa inteqrasiya Milli Komitəsinin təsisçilərindən biri və üzvüdür.
Evlidir, 3 övladı var.
Gununsesi.info