Makron yaxın həftələrdə Ukraynaya səfər edəcək

  • By admin
  • 11 Mart 2024 13:39
makron

Fransa prezidenti Emmanuel Makron yaxın həftələrdə Ukraynaya səfər edəcək.

Gununsesi.info xəbər verir ki, bu barədə AFP məlumat yayıb.

Məlumat Makronun Ukrayna prezidenti Vladimir Zelenski ilə söhbətindən sonra dərc olunub.

Məlumata görə, hər iki ölkənin liderləri Fransa prezidentinin yaxın həftələrdə baş tutmalı olan Ukraynaya səfəri ilə bağlı yaxın təmasda qalmağa razılaşıblar.

Yelisey sarayından bildirilib ki, telefon danışığı zamanı Makron “uzun mənzilli silahlardan ibarət koalisiyanı tez bir zamanda qurmaq səylərini davam etdirmək istəyini, eləcə də Çexiyanın döyüş sursatı təşəbbüsünü dəstəklədiyini” bir daha təsdiqləyib.

Fransa prezidenti “ABŞ və Fransanın sədrliyi ilə yaradılmış “Ukrayna üçün Artilleriya” koalisiyası çərçivəsində işin davam etdirilməsinin zəruriliyini də təsdiqləyib”.

Fransa prezidenti “təhlükəsizlik zəmanəti” ilə bağlı razılaşmanı yekunlaşdırmaq üçün fevralda Ukraynaya səfər etməyi planlaşdırdığını açıqlayıb. Həmin vaxt səfərin konkret tarixi açıqlanmayıb.

Lakin daha sonra səfər “təhlükəsizlik səbəbi ilə” təxirə salınıb.

Fevralın 16-da Makron Ukrayna prezidenti Vladimir Zelenskinin Parisə səfəri zamanı Ukraynaya gəlmək niyyətindən əl çəkmədiyini və yaxın gələcəkdə bunu edəcəyini bildirib.

 

Gununsesi.info