Masallıda atdan yıxılan kişi öldü

  • By Admin2
  • 11 İyul 2026 11:43

Masallı rayonunda atdan yıxılan 49 yaşlı kişi ölüb.

Gununsesi.info xəbər verir ki, hadisə ötən gün rayonun Ninalov kəndinin ərazisində baş verib.

Məlumata görə, kənd sakini 1977-ci il təvəllüdlü Mikayıl Əbilov ehtiyatsızlıqdan atdan yıxılıb.

Faktla bağlı araşdırma aparılır. (APA)

Gununsesi.info