Maskın həyatı film olur

  • By admin
  • 07 Mart 2023 20:41

Amerikalı milyarder İlon Mask haqqında sənədli film çəkiləcək.

Gununsesi.info xarici KİV-ə istinadən xəbər verir ki, “Jigsaw Productions” hazırda Mask haqqında sənədli film üzərində işləyir.

Müəlliflər Yer kürəsinin ən zəngin adamının həyatından bəhs edən film çəkməyi planlaşdırırlar.

Gələcək sənədli filmin rejissoru “Taxi to the Dark Side” və “Delusion” filmləri ilə tanınan Oskar mükafatlı Aleks Gibni olacaq.

Alex Gibninin təcrübəsinə əsasən, Maskın özü, şübhəsiz ki, onun yeni işini bəyənməyəcək.

Gununsesi.info