Meyitdən dializ xəstəsinə böyrək köçürüldü

Beyin ölümü keçirmiş şəxsin donor olaraq bağışlanan böyrəklərindən biri uzun illər dializ müalicəsi alan və orqan gözləyən  İsrafil Məmmədova köçürülüb. 

Gununsesi.info- xəbər verir ki, bu barədə Səhiyyə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, transplantasiya əməliyyatı nazirliyin Orqan Donorluğu və Transplantasiyası üzrə Koordinasiya Mərkəzinin transplantoloq-cərrahı Tariyel Nadirovun rəhbərlik etdiyi komanda tərəfindən icra olunub.

Əməliyyatdan bir həftə sonra İsrafil Məmmədovun vəziyyəti stabilləşib və uzun illər davam edən dializ yükündən azad halda evə buraxılıb.

meyitden-dializ-xestesine-boyrek-kocuruldu

 

Gununsesi.info