Millətçi ombudsmanı “qlobalist” əvəzlədi

  • By admin
  • 16 Mart 2022 11:25

Ermənistanın millətçi ombudsmanı Arman Tatoyanı “qlobalist” Kristin Qriqoryan əvəzləyib.

Gununsesi.info xəbər verir ki, bu barədə “Hraparak” qəzeti məlumat yayıb.

Nəşrin yazdıqlarına görə, Kristin Qriqoryan əlillərlə görüşündə onların problemlərindən deyil, “qlobal dəyərlər”dən danışıb. Bu da görüşdə iştirak edən əlillərin qəzəbinə səbəb olub.

Belə ki, əlillər öz problemlərinin həlli ilə bağlı yeni ombudsmana suallar versələr də, Qriqoryan onların suallarından ustalıqla yayınıb və yenidən sevimli “qlobal dəyərlər” mövzusuna qayıdıb.

Hətta əlillərdən bəziləri ombudsmanın mülahizələrinə qulaq asmayaraq görüşü erkən tərk ediblər.

Gununsesi.info