Bu dəqiqələrdə Mingəçevir şəhərindəki İstilik Elektrik Stansiyasında yanğın olması barədə xəbər yayılıb.
Gununsesi.info bildirir ki, partlayış səsindən sonra tüstüləmə yaranıb.
Əraziyə FHN-nin Yanğından Mühafizə Xidməti cəlb olunub.
Hadisə şahidləri bildirib ki, Təcili Tibbi Yardım maşınları da cəlb olunub.
İlkin məlumata görə, bədbəxt hadisə yoxdur.
Gununsesi.info












