Misirli feminist yazıçı öldü

  • By admin
  • 22 Mart 2021 17:59

Dünyaca məşhur misirli feminist yazıçı Naval əl-Sadavi 89 yaşında vəfat edib.

Gununsesi.info “Reuters”ə istinadla xəbər verir ki, Misirdən olan feminist qadınların özlərinə lider seçdiyi Naval əl-Sadavi bir müddət fikirlərinə görə ölkəsinin rəhbərliyi tərəfindən həbsə atılıb. Kitablarına qadağa qoyulub.

İxtisasca həkim olan feminist yazıçı erkən nikaha qarşı olduğuna görə ömür boyu təqiblərə məruz qalıb. Onun “İsisin qızı” romanı isə müəllifə dünya şöhrəti qazandırıb.

Gununsesi.info