Müdafiə Nazirliyindəki həbslər nəyə hesablanıb? - HƏRBİ EKSPERT ŞƏRH EDİR

  • By admin
  • 13 Fevral 2022 18:36

Hərbi ekspert Cəsur Sumərənli DTX-nın Müdafiə Nazirliyində keçirdiyi antikorrupsiya əməliyyatı və nazirliyin yüksək vəzifəli şəxslərinin həbs edilməsi şərh edib.

Gununsesi.info ekspertin bu əməliyyatla bağlı qeydlərini təqdim edir:

Müdafiə Nazirliyində hazırda maliyyə sahəsində həbslərin iki əsas səbəbi var:

– Türkiyəli hərbi təlimatçıların araşdırmasının sonunda ortaya çıxan nəticə;

– NATO-nun aidiyyatı strukturlarının Azərbaycan Silahlı Qüvvələrində dəyişikliklərə dəstək üçün anti-korrupsiya tədbirlərinin aparılması şərti.

Ehtimal: Bu anti-korrupsiya tədbirlərindən sonra Müdafiə Nazirliyinun maliyyə sistemi yenidən qurulacaq. Türkiyə SQ təmsilçiləri bunu orduda islahatların vacib elementi hesab edirlər. Eyni zamanda NATO-nun Building Integrity (Dürüstlüyün təmin olunması) proqramı çərçivəsində alyans tərəfindən Azərbaycana praktiki dəstək göstəriləcək.Bütün bunların baş verməsi üçün rəsmi Bakı ordu sahəsində anti-korrupsiya tədbirlərində qətiyyətli olduğunu sübut etməlidir.

Xatırladaq ki, Cənubi Qafqazda Gürcüstan və Ermənistan Building Integrity proqramının işturakçısı olmaqla SQ-də anti-korrupsiya tədbirləri üzrə NATO-nun müvafiq strukturlarının dəstəyindən yararlanırlar. NATO 2010-cu ildən etibarən Azərbaycana bu proqramda işyirak etməyi təklif edir. Rəsmi Bakı isə razılıq vermirdi.

Azərbaycan Müdafiə və Təhlükəsizlik sektorunda korrupsiyanın vəziyyəti “kritik” qiymətləndirilir. Sonuncu dəfə Transparency International təşkilatının müdafiə sahəsində korrupsiya indexində (2020) Azərbaycan sonuncu yerlərdən birində qərarlaşmışdı.

 

Cəsur Məmmədov

Gununsesi.info