Müdafiə Nazirliyinin rəsmiləri “Jurnalistlər binası”nı təhvil aldı

  • By admin
  • 08 İyul 2022 18:49

Gununsesi.info-nun jurnalistlər üçün inşa olunan üçüncü binanın şəhid ailələri və qazilərə veriləcəyi barədə xəbəri təsdiqini tapıb.

Qeyd edək ki, bununla bağlı xəbərimizdə jurnalistlər üçün tikilmiş 3-cü binanın artıq media nümayəndələrinə verilməyəcəyini bildirmişdik.

BUNA DA BAX!

 

Jurnalistlər üçün inşa olunan bina şəhid ailələrinə veriləcək

Gununsesi.info-ya daxil olan xəbərə görə, bu gün Müdafiə Nazirliyinin 2 polkovniki, Media Agentliyinin və Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin yüksək çinli məmurları, inşaat şirkətinin nümayəndələri binaya  baxış keçirib.

Binanın həyətində uzun sürən müzakirələrdən sonra təhvil haqqında razılaşma əldə olunub.

Yaxın vaxtlarda 3-cü bina təhvil veriləcək.

 

Mayis

Gununsesi.info