NATO bu halda NÜVƏ MÜHARİBƏSİNİ başladacaq

  • By admin
  • 01 Sentyabr 2022 10:35

NATO əsgərlərinin Ukrayna ərazisində görünməsi nüvə müharibəsinin başlanmasına səbəb ola bilər.

Gununsesi.info xəbər verir ki, “Foreign Affairs” jurnalı bununla bağlı xəbərdarlıq edib.

Nəşr qeyd edib ki, hərbçilərinin həlak olması və ya yaralanması halında alyans cavab vermək məcburiyyətində qalacaq və bu eskalasiya ən pis halda nüvə silahının tətbiqi ilə genişmiqyaslı müharibəyə gətirib çıxara bilər.

“İndi hərbi blok ölkələri belə vəziyyətin qarşısını almağa çalışırlar, lakin Qərb daha cəsarətlidir və fəallaşır” – müəlliflər yazır.

Ukrayna baş nazirinin müavini Olqa Stefanişina bir müddət əvvəl bildirmişdi ki, Kiyev Rusiyanın bu ölkədəki müharibəsi başa çatana qədər NATO-ya qoşulmaq imkanı əldə edə bilər. Bununla belə, Dövlət Dumasının Beynəlxalq Əlaqələr Komitəsi sədrinin birinci müavini Aleksey Çepa bildirib ki, çoxlu sayda ölkə Kiyevin hərbi-siyasi bloka daxil olmasına qarşı çıxacaq və bunun NATO üzvlərini münaqişəyə cəlb edəcəyini və nüvə müharibəsinə gətirib çıxaracağını anlayacaq.

Öz növbəsində Rusiya xarici işlər nazirinin müavini Sergey Ryabkov qeyd edib ki, Şimali Atlantika Alyansının kursu son dərəcə risklidir və silahlı toqquşmaya qədər eskalasiya təhlükəsi yaradır.

Gununsesi.info